Kvemo Kartli bölgəsində müsəlman qadınların səsi (Tsalka)

616 Views

Zaza Mikeladze

Tsalka bələdiyyəsi, öz dağlıq coğrafi iqlim şəraitinə görə, xüsusi çağırışlarla üzləşən Kvemo Kartli bölgəsində yerləşir. Çox vaxt yerli sakinlər güclü sosial, iqtisadi və ağır fiziki əməyin çağırışların öhdəsindən gəlməyə çalışırlar.

Tsalkanın əhalisi etnik və dini müxtəlifliyi ilə seçilən bir bələdiyyədir. Əksəriyyəti iki dini qrupa malik etnik gürcülərdir – onlardan biri Müsəlmanlar (acarlar), digərləri isə xristianlar (svanlar və başqaları) təşkil edir. Etnik erməni əhalisi Tsalkada ən böyük etnik azlıqları təşkil edir; Bələdiyyədə eyni zamanda etnik azərbaycanlılar və yunanlar da yaşayır. Sonuncu qeyd etdiyimiz millətin sayı 1990-cı illərin millətçi siyasi ideologiyasının təsirinə görə kəskin şəkildə azalmışdır.

Bu bloqda mən, Tsalkanın maraqlı və müxtəlif tarixi haqqında danışmaq deyil, yerli səviyyədə dini azlıqlardan olan qadınların səsinin siyasi sahədə nə qədər təmsil olunduğunu göstərməyə çalışacağam. Onları nə qədər dinləyirsiniz və yaxud qərar qəbul etmə prosesində iştirak edirlərmi. Bundan əlavə, bələdiyyə şurasının təmsilçilik funksiyasını nəzərə alaraq, müsəlman qadınların ehtiyaclarını və onların qarşısında duran çağırışları bələdiyyənin gündəliyində nə qədər əks olunduğunu göstərməyə çalışacağam.

Tsalka bələdiyyəsi 11 icmadan ibarətdir. Hər bir icmanın bələdiyyə şurasında tərəflərindən seçilmiş nümayəndələri vardır. Sakrebulo deputatlarının bilavasitə vəzifələrindən biri də istənilən sosial qrupla ünsiyyət qurmaq, ehtiyacları araşdırmaq və müəyyən edilmiş problemləri müvafiq qurumda artikulyasiyadır. 2021-ci ilin yerli seçkilərdən sonra formalaşan sakrebulo nümayəndələrinin siyahısı gender balansı baxımından əhəmiyyətli bərabərsizliyi göstərir. Habelə, 30 deputatdan yalnız 4-ü qadındır. Bu 4 qadından 2-si acardır ki, onlar müsəlman kimliyi ilə yanaşı, gündəlik olaraq müsəlman qadınlarla sıx ünsiyyətdədir. Siyasi partiyaların yerli nümayəndəlikləri ilə əlaqə saxlamaqla müsəlman qadınların siyasi partiyanın həyatında nə dərəcədə təmsil olunduğu müəyyən edilmişdir. Onlar qeyd ediblər ki, oxşar istiqamətdə (dini kimlik baxımından) məlumat yoxdur və Müsəlman qadınların iştirakını artırmaq üçün onların xüsusi strateji siyasi hesablamaları yoxdur və nədə ki əvvəllər işləyib hazırlamamışlar. Bu məsələni araşdırarkən iqtidar – “Gürcü Arzusu” siyasi partiyasının kvota siyahısı ilə sakrebuloya yeni seçilmiş sakrebulo deputatın üzvü Marine İremadze ilə əlaqə saxladım. Marina xanımın sözlərinə görə o, yalnız bir neçə iclaslarda iştirak edib ki, orada belə bir məsələ nə qaldırılıb, nə də müzakirə olunmuşdur, lakin – o, nə heç bir ayrı-seçkilik əlaməti görmüş nədə ki hiss etmişdir. O, gələcəkdə müsəlman qadınların ehtiyacları ilə daha dərindən maraqlanacağını bildirib.

Yeni seçilmiş sakrebulonun üzvü olan “Vahid Milli Hərəkat” siyasi partiyasının yerli ofisinin rəhbəri Malxaz Mgeladze, xüsusilə onların partiya siyahısında kvota mexanizmini keçən hicablı müsəlman deputat Diana Paksadze haqqında danışarkən və mühüm irəliləyişin olduğunu vurğuladı. Eyni zamanda, Malxaz Mqeladzenin dediyinə görə, Vahid Milli Hərəkat partiyasının fəaliyyətində, seçki dairələrində təqdim olunan və fəallıq proseslərində bir sıra yerli müsəlman qadınlar təmsil olunmasına baxmayaraq, qərar qəbuledici vəzifəsində partiyadaxilində bənzər halını xatırlaya bilməmişdir. Qadınların kənd iclaslarında iştirakı məsələsi maraqlıdır, lakin bir neçə icmanın nümayəndələri ilə ünsiyyətdə olarkən hamı tərəfindən vurğulanırdı ki, müsəlman qadınları belə yığıncaqlarda çox intensiv iştirak etmirlər, üstəlik, əksər hallarda onların belə görüşlərin təşkili ilə bağlı məlumatı belə yoxdur.

Real olaraq Tsalka bələdiyyəsində, təmsilçiliklə əhatə olunmaqdansa, hər hansı sosial qrupun səsini real siyasi səs kimi formalaşmaq daha önəmlidir. Partiyalar tərəfindən, dini azlıqlara mənsub qadınlara daha çox diqqət yetirməsi və onların partiya fəaliyyətlərində fəal iştirakına və qərar qəbuledici mövqelər tutmağa təşviq edilməsi, nominal təmsilçilikdən real siyasətə keçməsinə şərait yaratması zəruridir. Düzdür, bələdiyyədə müsəlman qadınları müxtəlif vəzifələrdə çalışsalar da, bu, mövcud mənzərəni dəyişmir və müəyyən bir qrupun ehtiyaclarının artikulyasiya mexanizm kimi formalaşa bilməz.

Başqa bir araşdırmanın mövzusu analoji ehtiyacın olub-olmamasıdır, lakin mövcud məlumatlar 30 yerlik sakrebuloda yalnız cəmi 4 qadının təmsil olunduğunu göstərir və xüsusi transformasiya baxışın ehtiyacın olduğu aydın şəkildə hiss olunur. Məsələ ilə maraqlanarkən bir növ məlumat və ya ən azı bir araşdırma tapmağa çalışdım, lakin bu məsələ ilə bağlı ölkədə və xüsusən də bələdiyyə səviyyəsində məlumat / araşdırma mövcud deyil. Aydındır ki, tədqiqat – müsəlman qadınların üzləşdiyi Tsalkanın siyasi və sosial reallıqları qarşısında duran problemli məsələlərə daha çox işıq salacaq.