MÜLKÜ FƏALLIĞINA GÖRƏ DAIMI TƏZYIQ

597 Views

Müəllif: Eka Kobesaşvili

Gürcüstanın etnik azlıqların yaşadığı bölgələrdə hüquq pozuntuları şəhərlərə və ya əhalinin sıx yaşadığı bölgələrə nisbətən daha çoxdur. Bu problemin səbəbləri, hökumətin və onların nümayəndələrinin məsuliyyətindən tutmuş, sadə insanların stereotip düşüncəsinə qədər çoxdur.

Özünüzü qorumaq üçün öz hüquqları bilmək lazımdır. Lakin təəssüf ki, cəmiyyətimizdə hüquqlar və hüquqi müdafiə mexanizmləri haqqında biliklər kifayət qədər deyil. Mövcud məsələ etnik azlıqların məskunlaşdığı ərazilərdə daha problemlidir, burada mülki fəalların və hüquq müdafiəçilərinin iştirakı vacibdir, lakin digər tərəfdən, bir çox hallarda mülkü fəalları özləri də təqib-təzyiqlərin qurbanına çevrilirlər.

Günlərin bir günü, mülkü fəallarından biri milliyyətcə Azərbaycanlı qadın, mənə telefonla zəng edərək mənim yardımına ehtiyacın olduğunu və köməklik üçün mənimlə görüşmək istədiyini dedi. Görüşümüz elə ertəsi gün baş tutdu. Onunla şəxsən görüşəndən sonra Melina (şərti adı) xanımdan problemini soruşdum və o, isə gülümsəyərək dedi:

“Mülkü fəal Azərbaycanlı qadınının həyatını sadəcə bir problemli məsələyə çevirmək və onu bu şəkildə çatdırmaq çox çətindir. Problem çoxdur. Bir tərəfdən başqalarının hüquqlarını qorumağa çalışarsan və digər tərəfdən isə, açıq şəkildə müzakirə oluna bütün problemlərin ictimailəşdirmək yerli hakimiyyət orqanları üçün qəbuledilməz ola bilər”. Bu sözlərlə Melina xanımın nə demək istədiyi anladım və onu narahat edən hər hansı bir məsələ barədə sərbəst danışmağı təklif etdim. Görüşümüz məlumat baxımından kifayət qədər maraqlı keçdi.

Marneulidə yaşayan bu mülkü fəalı qadın illərdir yaşadığı öz bölgəsində yaşayan digər insanların hüquqlarını qorumağa çalışır. O, bölgədəki rüşvətxor sövdələşmələri və müxtəlif problemlər haqqında açıq aydın danışır. Məhz buna görə də Melina xanım mütəmadi olaraq təkcə dövlət və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə deyil, o, həm də qeyd olunan şəxslərlə yaxın olan, öz icmasında yaşayan vətəndaşlarla qarşılaşmalı olur. Melina xanıma bilavasitə və ya dolayı şəklində dəfələrlə susmaq və aid olmadığı yerə qarışmamağı barədə xəbərdarlıq olunmuşdur, lakin çoxlu çətinliklərə və təzyiqlərə baxmayaraq, bunu və vətəndaşlara kömək etməkdən və eyni başqalarının hüquqlarını qorumaqdan çəkinmir.

Regionda mövcud olan problemlərdən Melina üçün ən ağrılı məsələlərdən biri qadın hüquqlarının durumudur. O, həmişə məişət zorakılığına məruz qalan qadınlarla bağlı məlumatları əldə etməyə və onlara kömək etməyə çalışır. Melina, hər bir qadına qarşı zorakılıq faktı ilə bağlı polisə və ictimai təşkilatlara məlumat verir. Qeyd olunan fəallığa görə təcavüzkarlar Melina ünvanına gələn hədə qorxu məzmunlu mesajlar göndərməklə, ona düşmənçilik mühiti yaratmağa çalışırlar.

Melina mülkü fəallığı ilə yanaşı, ailəsini dolandırmaq üçün sahibkarlıq fəaliyyəti ilə də məşğul olub. 2017-ci ilin mart ayında Melinanın məhsullarla dolu mikroavtobusu gecəni Marneulidə saxlamalı oldu. Ona qarşı çoxsaylı xəbərdarlıq və hədə qorxuları nəzərə alaraq Melina ehtiyatlı davranaraq yüklü mikroavtobusu, Marneuli polis bölməsinin xarici müşahidə kameraları ilə təchiz olunmuş binasının yaxınlığında saxlamışdır. Lakin Melinanın ehtiyatlılığı nəticə çıxarmadı və elə həmin gecə onun mikroavtobusu yandırıldı.

Polis Melinaya məxsus mikroavtobusun yandırılması ilə bağlı araşdırmalara başladı, lakin 5 il keçməsinə baxmayaraq, istintaq polis binasının qarşısında dayanan mikroavtobusu kimin yandırdığını müəyyən edə bilməmişdir. İş yalnız formal olaraq, heç bir istintaq hərəkəti aparılmadan araşdırılır.

Melinanın sözlərinə görə, qeyd olunan cinayət onun mülkü fəallığı ilə əlaqələndirdir. Bu, ondan qisas almaq və qorxutmaq məqsədilə həyata keçirilən faktlardan sadəcə biridir. Lakin bu qədər təzyiq, təhdid və təqiblərə baxmayaraq, Melina öz icmasında yaşayan vətəndaşların hüquqlarını müdafiə etməyə və onlara kömək etməyə davam edir. Başqalarına nümunə olması lazım olduğunu düşünür. Həmçinin, mülkü fəalları və vətəndaşlar öz hüquqları ilə bağlı məlumatlandırıldıqca, hüquqlar bir o qədər az pozulacaq və bölgədə daha çox müdafiə olacaqdır.