Etnik azlıqlara mənsub qadınların siyasətə və aktiv həyata qatılmasına maneə olan amillərdən bəhs etməzdən əvvəl, bu problem etnik azlıq icmasının demək olar ki, bütün üzvlərinə xas olmasını qeyd etmək lazımdır. Lakin qadınlarda bu məsələ daha kəskin şəkildə dayanır. Problemin müxtəlif əsasları və eyni zamanda müxtəlif aktorları vardır.
Ən mühüm çağırışlardan biri qadınların ailədə gender/sosial rolu və bərabərlik problemləridir. Etniki azıqların icmaların halda, qadınların sosial/gender rolu əsasən ev işlərini idarə etmək və uşaq böyütməkdən ibarətdir ki, norma kimi qəbul edilir. Gender rolları bərabərlik deyil, iyerarxiya kimi xarakterizə olunur. Stereotip olaraq qadın kimi dərk edilən o rollar dəyərsizləşir, lakin kişilərinki isə qiymətləndirilir.
Nəticədə, uşaqlar ailə münasibətlərinin bu ciddi şəkildə qurulmuş modelini müşahidə edirlər və onlarda eyni stereotipik düşüncə oyanır ki, bu da bu prosesi geri dönməz edir. Bundan əlavə, oğlanla qıza heç vaxt bərabər münasibət göstərilmir. Oğlana daimi olaraq hiss etdirilər və açıq aydın qeyd edirlər ki, O – “Ailənin ümidi, soyadın davamçısı və ailəyə məxsus mülkün sonuncu sahibidir”. Qıza isə daimi olaraq deyilər ki, “bu onun evi deyil, onun evin həyat yoldaşının evi olacaq”. Belə bir atalar sözü var: “Qızlar dünyaya gələndə – onun evi olmadığını bildiyi üçün ağlayar”. Həm də oğlan daha azad bir mühitdə böyüyür, buna görə də daha yaxşı inkişaf etmiş bacarıqları var, daha çox məlumatı mənimsəyir və s. Qızlar isə standart davranış normasından kənara çıxarsa, onlar haqqında pis söz deyəcəyini və “ailə reputasiyasına xələl gətirməmək” fikri ilə daim stress və qorxu içindədirlər.
Ümumiyyətlə, qız övladının olması ailə üçün, xüsusən də ailənin kişiləri üçün daimi stress və böyük məsuliyyəti təşkil edir. Ər-arvadın bir və ya bir neçə oğlan uşağı varsa, ən xoşbəxt cütlük hesab edilir, lakin bir və ya bir neçə qız uşağı, olan ər-arvadı isə “nəsli davamçısı olmadığına görə” sonsuz adlandırılır.
Yuxarıda sadalanan problem qızların peşə seçiminə də təsir göstərir. Qız uşağının “yaxşı qız” imicinin qorlanması, gələcəkdə “yaxşı oğlan”- la ailə qurmaq üçün belə bir peşə seçməsi demək olar ki, hər bir ailə üçün arzuolunan haldır. Lakin, bu peşələr daha az gəlirlidir.
Siyasətlə qatılmaq istəyən etnik azlıqlardan olan qadınlar həyatda bir çox maneələrlə üzləşirlər. Qadınların siyasi proseslərə qatılmasına çox vaxt müxtəlif siyasi, hüquqi, sosial, iqtisadi və mədəni maneələr maneə olur. Qadınlar üçün ən mühüm problem daha az resurs əldə etməkdir, bu da vaxt və iqtisadi resurslar deməkdir. Qadınların uşaqlara qayğı göstərmək və ev işləri ilə məşğul olması kimi gender rolları çox vaxt qadının qalan az boş vaxtından istifadə etməsinə və siyasi fəaliyyətlə məşğul olmasına imkan vermir. Bununla başqa, seçkilərin qeydiyyatı və səsvermə proseduraları çox vaxt qadının yuxarıda göstərilən öhdəlikləri ilə ziddiyyət təşkil edən uzun müddətli gözləmə və əhəmiyyətli dərəcədə məsafələrlə əlaqələndirilir. Qadınların səmərəliyinə iqtisadi amillərin məhdud əlçatımlılıq və resurslara nəzarətin olmaması təsir edir. Lakin, kişilərlə müqayisədə qadınların, seçki kampaniyasına daha az vaxt ayırmaq imkanları vardır.
Qadınların və kişilərin gender rollarına mədəniyyət, din və adət-ənənələr daha çox təsir edir ki, bu da bəzən qadınların müstəqilliyini məhdudlaşdırır və ya onların seçim və səsvermə hüquqlardan yararlanmasına maneə olur. Bundan əlavə, qadın siyasətə girmək istəyirsə, cəmiyyət tərəfindən, kişilərdən fərqli olaraq onlardan daha çox standartlar tələb olunur. Bununla bağlı dövlətin reaksiyası nominal dərəcədədir. Seçki prosesində iştirak edən bir qadın kimi mənim də məhz belə bir təcrübəni qazandım.
Mənimlə birlikdə icmada 15-ə qədər kişi namizəd qeydiyyatdan keçmişdir. Məndən fərqli olaraq heç kim onlardan, onlar dövlət dilini nə dərəcədə bildiyini, işin öhdəsindən gəlmək üçün lazımi bacarıqlara malik olduğunu və/yaxud onların təhsili, cəmiyyətin ehtiyaclarını nə dərəcədə müvafiq orqanlara çatdıra bilmələri və s. soruşmayıblar. Öz vəzifəmi yerinə yetirmək üçün gürcü dilini bildiyimi, ali təhsili və lazımi bacarıqlara malik olduğumu insanlara sübut etmək məcburiyyətində idim. Bundan əlavə, siyasi prosesə qoşulmaq çətin bir qərar idi, çünki iki aya yaxın işdən ayrılmaq mənə çətin idi. Çünki bu iki ay ərzində ödənişləri və/yaxud gündəlik xərclərimi ödəmək üçün maddi imkanım yox idi. Problem ondadır ki, ailə resursları yalnız oğlanlar üçün nəzərdə tutulur.
Yuxarıda qeyd olunduqlardan başqa, ictimaiyyətin qadınlara inam dərəcəsinin aşağı olması problemlidir. Biz, siyasi proseslərə qoşulmaq istəyən qadınlar, öz yerimizi tutmaq üçün çox çalışmalı yoluruq. Burada mən müstəsna hallarda, hansısa partiyadan olan kişilərin dəstəyi, onların təsiri və maliyyə vəsaiti hesabına siyasətə gələn, ictimai rəyin formalaşdırılması məqsədinə xidmət edən qadınlar haqqında danışmıram. Belə qadın siyasətçilər ümumi yanaşmanı dəyişə bilmirlər, çünki onların qadınları gücləndirmək üçün iradə azadlığı və gücləri yoxdur və bundan əlavə və qərar qəbuledici vəzifələri tutmurlar. Bu yanaşma heç vaxt dəyişmir. Bu fakt hələ də dəyişməz olaraq saxlanılaqdadır.
English
ქართული