Zeynəb Mehdiyeva
Qadın sadəcə bir insan deyil,qadın Anadır.Qadın cəmiyyətin varolma səbəbi, qurucusudur.Qadın böyük qüvvədir.Ağlı və cəsarəti ilə dünaynı yenidən qurabiləcək əzmə sahibdir qadın…!
Bu gün cəmiyyətdə güclü qadınlar olduğu qədər öz haklarını tələb etməyi bacarmayan ,ailə basqısına, cəmiyyət basqısına və pisxoloji şiddətə məğruz qalan 1000 lərlə qadınlarımız var..Bəzi insanlar üçün qadın sadəcə evlənmək, uşaq dünyaya gətirmək ,ev işlərini görmək və eləcə də ərinin hər bir alçaldıcı sözünə ,şiddətinə qatlanmaq üçün yaradılmış bir varlıqdır.Ancaq bu düşüncə çox səhvdir.Qadın idarə edici bir qüvvəyə malikdir. Kəskin zakası və güclü hisləri ilə hərşeyi edə bilər.Cəmiyyətin kişi nümayəndələri bunu bildikləri üçün,qız uşaqlarını doğulduğu andan etibarən pisxoloji təhsirə məruz qoyurlar.Sən qızsan evdə olmalısan,sən qızsan oxumalı deyilsən, sən qadınsan ev işləri görməlisən və.s Biz bilməliyik ki, sağlam cəmiyyət isdəyiriksə qızlarımıza qadağa qoymayaq yerinə oğullarımıza düzgün tərbiyyə verməli qadınlarla davranış qaydasını onlara öyrətməliyik.Oğullarımıza qadının sadəcə cinsi bir obiket olmadığını və Qadının həyatın var olma səbəbi olduğunu aşılamalıyıq .O zaman təhlükəsiz və sağlam bir cəmiyyətdə yaşaya bilərik.
Mənim mənsub olduğum Etnik azlıq qurubunda qadınların ən böyük problemlərindən biri kişilərdən aslı bir vəziyyətdə yaşamaları və kişilərin icazə verdiyi qədər azad olmalarıdır.Öz hakkını tələb edib cəmiyyət içində öz duruşunu sərgiləyən qadınları bu gün cəmiyyətin az bir qismi təqdir edir.Çoxluq onları pisləyir və paxıllayır.
Etink azlıqlarda qadının kişidən aslı olmadan yaşaması, öz haklarını qoruması,təhsil alıb öz ayaqları üzərində sağlam durması bəzi insanlar üçün qəbul edilməzdir.Çünki təhsilli və öz ayaqları üzərində durmağı bacaran qadının nə demək olduğunu çox yaxşı bilirlər. Valdeyinlərin bir çoxunun şüur altında tək bir düşüncə fikir var (Qız uşağına təhsil vermək onun işlə təmin olunmasında arxa durmaq artıq işdir nədə olsa evlənib başqasına qazanacaq pulu).Bizim cəmiyyətdə kişi nümayəndələrin fikri daha çox əhəmiyyət daşıyır. Bir qız uşağı təhsilinə davam etmək istəyirsə nəslindəki bütün kişilərin fikrini soruşmalıdır.Bu bir çox ailələrdə belədir. Çox təssüf olsun ki bu gün bir çox ailələrdə valdeyinlər oğlan uşaqlarının təhsili ilə daha çox maraqlanırlar nəinki qız uşaqlarının. Ancaq bilmirlər ki ,təhsilli bir oğlan uşağı təhsilli bir şəxsiyyət ,lakin təhsilli bir qız uşağı təhsilli bir ailə,təhsilli bir cəmiyyət ,təhsilli bir ölkə deməkdir.
Kişilərin fikrinin əhəmiyyətli olması qadınlara sadəcə təhsil sahəsində deyil eləcə də aktiv cəmiyyətdə ,sosyal həyatda iştirakı zamanı da bariyer olaraq qarşılarına cıxır.Bu gün bir qadın hər hansı bir görüşə icazə almadan gedə bilmir ,seçki prosesində atası ,qardaşı və ya həyat yoldaşı kimə deyirsə ona səs verir.Təbiki əyər onlara seçgi prosesində iştirak etməyinə icazə versələr…
Yaşadığım etnik qurubda qız uşaqlarının erkə yaşda evləndirilir və buna heç kim heçnə demir Ata razılıq veribsə qadın danışa bilməz.Bunun tək bir səbəbi var ,bizim cəmiyyətimizdə 2-ci 3-cü şəxslərin fikirləri həmin həyatı yaşıyacaq olan qadınların qızların fikirlərindən daha önəmlidir.
Qadınların problemləri danışmaqla bitməz.cəməyyətin gözündə ,Bir qadın isdər cinsi ,isdər fiziki, istərsədə sözlü şiddətə məğuruz qalırsa günah onun özündədir.Xəyanətə uğrayıb boşanırsa günah qadındadır.Öldürülürsə və ya intahar edirsə günah qadındadır.Öz hakkını tələb edirsə qadın günahgardır.Kişinin əlinin kiri olan işlər qadının ölüm fərmanıdır. Çox təssüflər olsun ki bu bir çox insanlar tərəfindən çox normal qarşılanır.
Əgər biz bu gün bu problemləri həll etmək isdəyiriksə 13 14 yaşındakı qızlarımıza cehiz almaq yerinə dəftər, qələm almalı, onlara təhsil verməli , heç kimdən aslı olmadan öz ayaqları üzərində sağlam durmağı öyrətməli, onlar üçün güclü qadın sinvolunu yaratmalıyıq. Ən əsasılarından biri də da nə olursa olsun onların arxasında dağ kimi duran bir ailənin olduğunu hər zaman onların yanda olan bir ailənin olduğunu hiss etdirməliyik.Çünki bir çox qızlarımız qadınlarımız ailəsi ona dəstək olmayacaq deyə bu gün şiddət gördüyü yerdə yaşayı və ya çıxış yolunu yaşamına son qoymaqda tapır.
Mən həyatımı hər zaman öz istədiyim kimi yaşamışam və bunun başlıca səbəbi ailəmdən aldığım mənəvi dəstəkdir.
English
ქართული