Qadınlara qarşı mövcud olan bərabərsizliyə qarşı etiraz

677 Views

Müəllif: Gözəl Hüseynova

Feminizm sözünü ilk dəfə üçüncü sinifdə müəllimdən eşitmişdim. Sonradan yaşlı dostlarımdan, bacı-qardaşdan soruşdum; Oğlan mənə qəzəbli tonla dedi: “Qadınların etirazı” o deməkdir ki, onlar daha çox azadlıq istəyirlər, lakin qız səs çıxarmadı. Bu nəyin etirazı və ya azadlığı nəzərdə tutuqları haqqında fikirləşdim. İllər keçdikcə mən problemin nə olduğunu daha yaxşı başa düşdürdüm. Qadın hüquqları haqqında oxuyurdum, sanki hər şey tanış idi. Ətrafımda qadınların və kişilərin necə davrandığını müşahidə edirdim və patriarxal sistemin nə demək olduğunu o zaman anladım.

Boya başa çatdığım cəmiyyətdə ” tale biologiyadır” , yəni – əgər qadınsansa, “vaxtında ailə qurmalısan”, uşaq böyütməyə və həyatını övladlarına həsr etməyə məcbursan, ərinin (qardaşının, atasının) razılığı olmadan çölə çıxmamalısan və s. Bundan əlavə erkən nikah da, mənim və qonşu kəndlərdə adi hal idi.

Bir dəfə mənə dedilər ki, rəfiqəm nişanlanıb, onda 16 yaşım var idi, məktəbə gedirdim, belə bir şey necə ola bilərdi, qeyri düzgün olduğunu düşünürdüm və fikirləşirdim ki, rəfiqəm nişanlandı böyük qardaşı məktəbə gedir və artıq evdə oturmalı/qalmalı olur. Özümü tənha hiss etdim, elə bil heç kim mənim kimi düşünmürdü. Bütün bunları ədalətsiz olduğunu hesab etdim. Məni bir çox suallar narahat edirdi: Mən niyə bunu etməyə məcburam?! Qadın olduğuna görə niyə bu qaydalara riayət etməliyəm?! Lakin cavabım yox idi.

Siyasi bərabərlik və qadınların hüquqların müdafiəsi, mənim fikrimcə, nəzəri olaraq ətrafımda mövcud idi, lakin real həyatda mən tamam başqa mənzərəni görürdüm. Zaman keçdikcə kitab oxumaq, məktəb, universitet və “Mənim cəmiyyətimdən olan fərqli insanlarla” tanış olmaq mənə çox şeyi rasional şəkildə anlamağa kömək etdi. Məni heç nə etməyə məcbur deyildim. Cinsiyyətim mənə sırf uşaq sahibi olmaq üçün və ya evi səliqəyə salmaq üçün var olduğumu göstərmirdi. Məktəbi bitirmək, ali təhsil almaq, evdən tək çıxmaq, etiraz etmək – mənim haqqım idi, çünki mən də şəxsiyyətəm və cəmiyyətin bizə bəxş etdiyi bütün etiketlər olmadan yaşaya bilirəm. Ancaq bunu anlamaq o qədər də asan deyildi, hamı başa düşmürdü ki, qadınların hüquqları yalnız seçkilərdə iştirak etməklə, sadəcə səs verməklə bitmir, bu, feminizmin ikinci dalğasının bizə göstərdiyi kimi, əsl azadlıq və ya bərabərlik və siyasi emansipasiya demək deyildi.

Mən fikrimcə, bu bərabərsizlik təkcə cəmiyyətin günahı deyil. Filmlərə, seriyalara, nağıllara diqqətlə baxsaq görərik ki, kişi hegemonluğu bizə uşaqlıqdan aşılanır. Məsələn, seriyalarda daha çox, ehtiyacı olan, yazıq qadınları görürük, hansılara da güclü və zəngin kişilərin kömək etdiyini, kişilərin tamamilə dominant rollarda olduğunu görürük. Bizə güclü, zəngin, ağıllı və qüdrətli kimi göstərirlər. Təbii ki, bütün bunlar insana təsir edir və artıq şüurda “yaxşı qız” və “güclü oğlan”-ın necə olması lazım olduğu standartları müəyyən edir.

Eyni zamanda nağıllarda də – zəif şahzadə həmişə problemləri var və nəhayət şahzadə gəlib və hər şeyi həll edir. Bizə bütün bunları uşaqlıqdan öyrədirlər və sonradan belə böyüyən qadınlar müstəqil yaşaya bilmirlər. Bir qadının uğurlu karyerası varsa və ailəsi yoxdursa, o, elə bil ” MÜKƏMMƏL ” deyil, lakin qadın işləmirsə, özü üçün heç nə etmirsə, amma həyat yoldaşı və uşaqları varsa, o, artıq “ideal” qadın hesab olunur.

Bütün bunlara baxmayaraq, inanıram ki, 20 il əvvəl hər şey daha pis idi, bu gün daha yaxşıdır və bütün qəlbimizlə və canımızla haqqımızı müdafiə etməyi davam etsək, zaman keçdikcə yaxşılığa doğru dəyişəcək. Mənim yaxşı bildiyim və inandığım odur ki, qadın nə qədər geyinsə də, neçə yaşında evlənsə də, neçə uşağı dünyaya gətirsə da, yenə də azad, mükəmməl bir şəxsiyyətdir. Onun geyimi, xarici görünüşü və ya ailə vəziyyəti onun azadlığını və həyat standartlarını məhdudlaşdırmamalıdır. Əri, övladı, qardaşı olmasa da qadın və bir şəxsiyyətdir.