Gürcüstan əhalisinin 13%-ni etnik azlıqlar təşkil etsə də, ictimai-siyasi həyatda iştirak, seçki orqanlarda və dövlət təşkilatlarda təmsilçilik səviyyəsi aşağıdır. “Şüşə tavan” siyasi proseslərdən kənarda qalan etnik azlıq qadınları üçün həlledilməz problem olaraq qalmaqdadır.
Qadınların siyasətə az cəlb olunması problemini aradan qaldırmaq üçün 2020-ci ildə Gürcüstanın Seçki Məcəlləsinə gender kvotasının 25%-ni nəzərdə tutan düzəlişlər aparılmışdır. Seçkidə iştirak edən partiya Mərkəzi Seçki Komissiyasına hər dördüncü namizəddən biri qadın olan partiya siyahısını təqdim etməlidir. Kvota bir vasitə kimi qadınların mükəmməl vətəndaşlıq anlayışından kənarda qalmasının aradan qaldırılması üçün effektiv həll yolu tapmağa imkan verir.
“Siyasət mədəniyyəti dəyişir” bununla belə, mədəni kimlik (gender rolları, mentalitet, stereotiplər) birdən-birə dəyişmir, bu məqsədyönlü siyasət, maarifləndirmə və medianın cəlb edilməsini tələb edən uzunmüddətli bir prosesdir.
“Yuxarıdan aşağı”-ya doğru institusional səviyyədə baş verən dəyişikliklər yerli məkanda böyük müqavimətlə üzləşir, bununla bağlı müsahibədə Marneuli İcma Radiosunun direktoru Kamilə Məmedova və Vətəndaş Cəmiyyəti Fəalı Şəlalə Əmircanova söhbət açdılar.
Marneuli bölgədə qadınların siyasi səlahiyyətlərinin artırılması istiqamətində hansı əsas dəyişikliklər müşahidə olunur?
Kamilə Məmmədova sözlərinə görə, Gürcü siyasi mədəniyyəti çox kövrəkdir, orada sizdə daim nəyinsə “keçmişini eşələyəcəklərı” hissiniz var. Məhz buna görə də etnik azlıqların nümayəndələr fəal və emansipasiya olunmuş qadınlar siyasətlə qatılmaqdan çəkinirlər. “Biz siyasətə çox yaxınıq: mediada, vətəndaş Cəmiyyəti fəallığında, təşəbbüs qruplarında, lakin biz heç vaxt siyasətə getməyi risk etmirik”.
Şəlalə Əmircanovanın fikrincə, „Gürcüstan siyasəti ciddi şəkildə patriarxaldır. Əvvəlki illərdə Marneuli kənd iclaslarında ancaq kişilər toplaşır, icma üçün problem yaradan məsələləri müzakirə edirdilər. Son illərdə qadınlar da seçkiqabağı görüşlərdə iştirak etməyə başladılar ki, onların əksəriyyəti yerli rəhbərlik tərəfindən səfərbər olunan müəllimlərdir“, düzdür, qadınlar seçki qabağı görüşlərdə fəal deyillər, lakin respondent in fikrincə, iştirak müsbət tendensiyanın başlanğıcı kimi qiymətləndirilə bilər.
2020-ci il seçkiləri üçün kvota sistemi nəticəsində partiya siyahısında hər dördüncü qadın olmalı idi. Marneuli Radiosunun müxbirləri qadın namizədlərlə əlaqə saxlamış, onların əksəriyyətinin siyahıda olması barədə məlumatın olmadıqları qeyd etmişdilər. Zərurət qayda ilə seçilmiş olan “Nərminə”-nin arxasında “Əli” durub onu idarə edir (adlar şərtidir). Bu faktdan aydın olur ki, bu mərhələ üçün qadınların təmsil olunması simvolik xarakter daşıyır. Kamilə Məmedova hesab edir ki, problemin kökündə inkişaf həvəsinin olmamasına dayanır. Siyasi partiyalar qadın namizədlərin inkişafı ilə maraqlı deyil, ona görə də seçkilərdən sonra qu qadınlar hamı tərəfindən unudulur. “Biz qadınlar bu prosesdə simvolik olmamalıyıq, çünki seçicilər bunu hiss edirlər. Biz, qadınların siyahına daxil olması ideyasına sadiq qalmalıyıq”.
Şəlalə Əmircanova, kvota buzların əriməsinin başlanğıcı sayıla biləcək hesab edir ki. “Biz böyük auditoriya qarşısına çıxan qadın namizəd gördük. Çəkinərək, lakin mövcud problemlərdən haqqında söhbət açdı, bu da özünəməxsus müsbət hal kimi qiymətləndirilməlidir. belə bir təcrübə əvvəllər yox idi.” İndi digər qadınlar üçün stimul və nümunə olan bir neçə nümunə var:
Siyasi partiyalar tərəfindən qadın namizədlərin inkişafının qayğısına qalması, gənclər qanadlarının gücləndirilməsi istiqamətində iş aparması vacibdir.
Dövlətin etnik azlıqlara mənsub qadınlar üçün müvəqqəti kvotaların qeyri-bərabər mühitdə ayrı-seçkiliyin aradan qaldırılması məqsədinə çatmaq üçün bir yol olduğunu görməsi vacibdir; Dövlətin etnik azlıqlara mənsub qadınlar üçün müvəqqəti kvotanın qeyri-bərabər mühitdə ayrı-seçkiliyin aradan qaldırılması məqsədinə çatmaq üçün bir yol olduğunu görməsi vacibdir. Müvafiq olaraq, prosesin başlanğıc mərhələdən fərqli olaraq simvolik xarakter almaması üçün effektiv idarə edilməsi vacib amillərdən biridir.
English
ქართული